EN

Türkiyə nazirinin Zəngəzur dəhlizinə "Zəngəzur yolu" deməsinin üstündən keçmək olmaz. İllah da ki, bu sözlər COP- da deyilibsə....

Image

"Qardaş ölkənin Nəqliyyat və İnfrastruktur naziri hörmətli Əbdülkadır Uraloğlunun COP 29 müzakirələrində işlətdiyi bir fikir diqqətimi çəkdi və narahatlıq yaratdı. Hörmətli Uraloğlu "Orta dəhlizdən danışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm" dedi...
Türkiyənin hörmətli nazirinin "Zəngəzur yolu" dediyi Azərbaycanın Qərbi ilə Naxçıvanı əlaqələndirən kommunikasiyanın məzmunca yol yox,  dəhliz  olması 10 noyabr 2020- ci il üçtərəfli Azərbaycan- Rusiya - Ermənistan bəyannaməsində hüquqi olaraq təsbit edilib. Bəyannamədə "dəhliz" ifadəsi olmasa da, orada "dəmiryolu və digər kommunikasiyalar " ifadəsi altında avtomobil yolunun , kabel və boru kəmərlərinin də nəzərdə tutulduğunu bir kənara qoymaq olmaz və bütün bunlar birlikdə Qərbi Zəngəzur üzərindən Naxçıvana keçən  kommunikasiyanın dəhliz statusunda və dəhliz məzmununda qəbul olunmalı olduğuna heç bir şübhə yeri qoymur."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşıb. A. Quliyev yazır:  "Eyni zamanda 10 noyabr sənədində Naxçıvanla sözü gedən quru əlaqənin rejimi barədə deyilmiş fikirlər də onun dəhliz adlandırılmasını diktə edir- 10 noyabr sənədində həmin fəaliyyət rejimi "yüklərin, avtomobillərin  və insanların maneəsiz hərəkəti" kimi müəyyən olunub.Yəni sağdan və soldan icazəsiz müdaxilələr istisna edilməlidir. Sadəcə yol anlayışı ilə qəbul olunan bir məkanda isə belə tələb qoyulmur və belə tələb yalnız dəhliz statuslu keçidlərə xasdır.
hörmətli Uraloğlunun yanaşmasını Ermənistan rəhbərliyinin manipulyasiyaları ilə eyniləşdirmək istəməzdim. Məlumdur ki,  Ermənistan rəhbərliyi Naxçıvanla bu əlaqəyə dəhliz və ya yol məntiqi ilə yanaşılmanın nə qədər prinsipial fərqli şeylər olduğunu nəzərə alır və onu öz mənafelərinə uyğun olaraq  "yol" adlandırırlar. Ermənistan rəhbərliyi "Naxçıvanala əlaqənin dəhliz məntiqi ilə" adlandırılmasından qıcıqlanır və dəhliz sözünü yaxına buraxmaq istəmirlər. Bu, onların marağındadır...
Bizim və qardaş Türkiyənin isə marağımızda olan Naxçıvanla əlaqəyə yalnız dəhliz məntiqi ilə yanaşılmasıdır. Naxçıvanla əlaqə ya dəhliz məntiqi ilə olmalıdır, ya da yol məntiqi olmamalıdır. Hörmətli nazir Uraloğlunun çıxışındakı "Zəngəzur yolu" ifadəsini sadəcə texniki qüsur kimi qəbul edib üstündən keçmək olmaz. İllah da ki, bu sözlər COP kimi misilsiz miqyaslı beynəlxalq arenada deyilibsə ....
Ümid edirəm ki, hörmətli Bakan Uraloğlu Azərbaycan üçün prinsipial əhəmiyyətli olan bu nüansa yenidən qayıtmağın çox vacib olduğuna bir işarə verəcək...."

Mətləb










Chosen
31
baki-xeber.com

1Sources