EN

ADNSU-da simpozium keçirildi - FOTOLAR

Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU) ilə birgə “Davamlı Kənd Təsərrüfatı üçün İnnovativ Strategiyalar: Təmiz Suya Çatımlılıq və Bərpa Olunan Enerji Həllərinin İnteqrasiyası” mövzusunda simpozium keçirilib.

"Unikal" xəbər verir ki, simpoziumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin (UAEU) prorektoru, professor Ahmed Ali Al Raeesi və həmin universitetin Kənd təsərrüfatı və baytarlıq fakültəsinin dekani, Dr. Mohammed Alyafei və ADNSU-nun professor-müəllim heyəti iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq COP29 çərçivəsində keçirilən belə bir simpoziumun iştirakçılar arasında geniş əlaqələrin qurulmasına və aparılan müzakirələrin gələcəkdə bu sahədə daha da dərin əməkdaşlıq üçün möhkəm təməl olacağına ümidvar olduğunu bildirib. Simpoziumda daha çox təkmilləşdirmə və kənd təsərrüfatına diqqət yetirləcəyini deyən dosent Vazeh Əskərov universitetin əsas maraqlarının alternativ enerji, enerji mühəndisliyi, iqlimlə mübarizə (SDG 13) və kimya mühəndisliyi olduğunu qeyd edib. 

ADNSU-da olmaqdan məmnunluğunu bildirən Birləşmiş Ərəb Əmirlikləri Universitetinin prorektoru, professor  Ahmed Ali Al Raeesi tərəfdaşlığı inkişaf etdirməyin hər iki qurum üçün vacibliyindən danışaraq, qlobal və mühüm məsələlər üçün effektiv həll yolları tapmaq məqsədilə birgə işləmək öhdəliyinin göstəricisi kimi dəyərləndirib. 

Simpoziumda həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında akademik əməkdaşlığı əks etdirən mühüm məqamlar müzakirə edilib, əsasən kənd təsərrüfatında su resurslarının qorunması, ağıllı suvarma texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə və beynəlxalq əməkdaşlığın dayanıqlı kənd təsərrüfatı üçün rolu mövzularda fikir mübadiləsi aparılıb. 

Sonra Azərbaycanı təmsil edən aparıcı mütəxəssislərdən Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Dr. Namiq Şalbuzov, Agro Dairy MMC-nin Performans Meneceri Ağaqul Hüseynzadə və Provitaz MMC-nin Baş direktoru Emin Məmmədov çıxış ediblər, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Chosen
32
1
unikal.az

3Sources