EN

Bayden və Trampın ortaq “planı” bilindi: “Nüvə silahının işə düşməsi üçün…”

  Mediada yayılan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Amerikanın ATACMS ballistik raketləri ilə Rusiya Federasiyasının Bryansk vilayətinə hücum edib. Digər tərəfdən Ukraynaya ATACMS ballistik raketlərinin istifadəsini genişləndirmək – beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər daxilində Rusiya bölgələrini vurmaq üçün icazə verilməsi qərarının əslində ABŞ prezidenti Co Bayden və Donald Tramp komandalarının ortaq razılığı ilə baş tutacağı istiqamətində iddialar səsləndirilir. İndi isə bütün diqqətlər Rusiyaya yönəlib. Onun hansı addımı atacağı, nüvə silahından istifadə edib-etməyəcəyi maraq doğurur.

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ-ın ardınca Fransa və Böyük Britaniyanın da Ukraynaya verdikləri silahlardan Rusiyanın dərinliklərinə zərbələr vurmaq üçün icazə verməsi onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib:

“Çünki bu hal, artıq gərginliyin yeni mərhələsidir və Qərbin münaqişədə birbaşa iştirakı baxımından yeni vəziyyəti meydana gətirib.

London və Paris hər nə qədər vəziyyətin dəyişməz qaldığını bəyan edərək, Kiyevə “Storm Shadow/SCALP-EG” raketinin istifadəsini genişləndirməyə icazə vermədiklərini bildirsələr də Avropa İttifaqı rəsmisi Cozef Borrell bir sıra Qərb ölkələrinin bununla bağlı razılığı olduğunu təsdiqləyib. Aydındır ki, ABŞ-ın bu cür hərəkəti Trampın Ukrayna münaqişəsinin həllində vasitəçiliyini mümkün qədər çətinləşdirmək məqsədi daşıyır. Başqa sözlə desək Bayden adminstrasiyası vəziyyəti elə həddə çatdırmaq istəyir ki, Trampın hakimiyyəti dövründə müharibəni hansısa formada dayandırmaq artıq mümkün olmasın. O baxımdan da mən, müzakirə olunan qərarın Kremlə təzyiq göstərmək, onu Rusiya üçün əlverişsiz danışıqlar şərtlərini qəbul etməyə inandırmaq məqsədilə Bayden və Tramp komandaları tərəfindən razılaşdırıldığı ilə bağlı fikirlərlə razı deyiləm”.



 Rəşad Bayramov

Politoloqun sözlərinə görə, burada məsələ neçə raketin atıldığı və neçəsinin zərərsizləşdirilməsi ilə bağlı deyil. Rusiya tərəfi 6 raketi atıldığı və beşinin zərərsizləşdirildiyini, Pentaqondakı mənbələr isə 8 raketin atıldığını və cəmi ikisinin zərərsizlədirildiyini deyir. Əsas olan odur ki, bu raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirilməyə başlayıb və Rusiya buna hansısa formada cavab vermək məcburiyyətindədir:

“Cavabın mümkün qədər sərt olacağını ehtimal etmək olar. Çünki Rusiyanın bu qərara və ATACMS taktiki raketləri ilə hücuma sərt cavab verməməsi digər Qərb ölkələrini də oxşar qərarlar qəbul etməyə həvəsləndirə bilər. Zelenski artıq Ukrayna arsenalında olan ATACMS raketləri ilə Rusiyanın hərbi potensialını zəiflətmək üçün bundan sonra da istifadə edilcəyini bəyan edib. Rusiya Prezidenti Putin isə artıq ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə, nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.

Amma bütün bunlara baxmayaraq mən indiki mərhələdə nüvə silahından stifadə edəcəyini düşünmürəm. Rusiya bunu yalnız son çarə olaraq nəzərdən keçirə bilər. Çünki indi nüvə silahından istifadə bütün Qərbi özünə qarşı hərəkətə keçməyə məcbur edə bilər. Bu isə hər kəs üçün, ən əsası da Rusiyanın özü üçün də fəlakət demək olar”.  

Chosen
33
50
referans.az

10Sources