EN

İcarə müqavilələrinə dair DƏYİŞİKLİKLƏR

Vergi ödəyicisinin vəzifələri artırılır.

Finsş.az-ın xəbərinə görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Yeni vəzifələr aşağıdakılardır:

  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə, icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra həmin subyektin fəaliyyət göstərməsinə şərait yaradılması;

  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən, sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edildikdə, həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair məlumatların (arayışların) əks etdirilməsi;

  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumatın hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilməsi.

Bununla əlaqədar operativ vergi nəzarəti təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən subyektlərin (obyektlərin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin subyektlərdə (obyektlərdə) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi və bu barədə məlumatların əks etdirilməsi ilə bağlı nəzarət ediləcək.

Əlavə olaraq, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq fəaliyyət göstərməyən vergi ödəyiciləri barədə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi məlumatın təqdim edilməməsinə və ya təhrif olunmasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmaması halında mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 40 manat, digər şəxslərə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə, icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasından sonra onun fəaliyyət göstərməsinə şərait yaratmamağa görə bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində aşkar edildikdə 2000 manat, ikindi dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Bu tələblər qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək.

Qeyd edilib ki, təkliflər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihə "vahid mülkiyyətçi" yanaşması ilə bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlakı icarəyə verdikləri şəxslərin vergi orqanında uçota alınmasını təmin edir. Bu da icarə münasibətlərinin düzgün formalaşmasını və fəaliyyəti şəraitinin yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən qanun qüvvəyə mindikdən sonra 6 ay ərzində təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması və həmin obyektləri icarəyə götürənlərin vergi orqanında uçota alınması ilə bağlı keçid müddəası nəzərdə tutulur.

Təklif olunan dəyişikliklər, ölkə ərazisində obyektləşmə və kassalaşma prosesləri çərçivəsində düzgün uçot intizamının qurulmasını və nəticədə dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsini təmin etməyə yönəlmişdir.

Fuad Mədətov
Fins.az

Chosen
17
fins.az

1Sources