EN

Acundan onun haqqında olan araşdırma ilə bağlı AÇIQLAMA

 İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça” klubunun ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

“İki sahil” “NTV Türkiyə”yə istinadla xəbər verir ki, o, məsələ ilə bağlı açıqlama verib.

“Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur. TV8-in bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aid olduğu kimi, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib”, - Ilıcalı açıqlamasında deyib.

Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Chosen
9
7
ikisahil.az

9Sources