1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanla Gürcüstan arasında birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti, tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri müzakirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb.