EN

Ərdoğan: Baydenin qərarı dünyanı “genişmiqyaslı müharibənin astanasına” gətirə bilər

ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərində uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə vermək qərarı münaqişəni daha da qızışdırmağa yönəlib və Moskvanın daha böyük reaksiyasına səbəb olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Bayden “müharibəni qızışdırmağa” yönəlmiş bir addım atdı ki, heç vaxt bitməsin və yalnız böyüsün. Türkiyə lideri xəbərdarlıq edib ki, ABŞ prezidentinin bu cür hərəkətləri Rusiyanın cavabına səbəb olacaq.

Ərdoğan Rusiyanın nüvə doktrinasında dəyişiklikləri xatırladıb və bildirib ki, eskalasiya regionu və bütün dünyanı “yeni genişmiqyaslı müharibənin astanasına” qoya bilər.

Chosen
32
nocomment.az

1Sources