EN

Hindistanda qəribə: İnəyə güvənib özünü dağdan atdı

Hindistanın cənubunda maraqlı və faciəvi hadisə yaşanıb. Ayağını inək peyininə sürtərək uça bildiyini iddia edən rahib özünü dağdan atarkən ölüb.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, rahib iddiasını sübut etmək üçün hündür bir dağın başına çıxıb və uçmaq məqsədi ilə özünü oradan aşağı atıb. Lakin onun niyyəti baş tutmayıb və yerə çırpılan rahib dünyasını dəyişib.

Qeyd edək ki, Hindistan polisi bu cür halların baş verməməsi üçün sərt cəzalar tətbiq edir. Ölkədə inək müqəddəs hesab edilsə də, gübrə və sidik kimi ifraz maddələrindən istifadə qadağan edilib.

Chosen
36
news24.az

1Sources