Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 45 yaşlı şəxsə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cinayəti affekt vəziyyətində, ağır ruhi həyəcan halında törətməsinə dair rəy verilib.
Araşdırmalar zamanı məlum olub ki, R.Qəhrəmanov Azərbaycanda fəaliyyət göstərən ən böyük mebel şirkətlərindən birində yüksək vəzifədə çalışırmış. İstintaq zamanı onun həyat yoldaşı A.Qəhrəmanovanın yaşadığı binada üzbəüz qonşu olan digər kişi ilə gizli sevgi yaşaması, aralarında görüşlərinin olması, qadının hər gün öz evində yemək bişirərək ona göndərməsi, həmin şəxsin istəyi ilə bədəninin müxtəlif yerlərinə pirsinq etdirməsi məlum olub.
Arvadının xəyanətindən şübhələnən R.Qəhrəmanov bir neçə dəfə onunla mübahisə edib, lakin sevdiyi üçün bağışlayıb. Daha sonra arvadının telefonuna baxarkən sevgi mesajları görüb və onun xəyanət etdiyinə tam əmin olub.
Qətlə yetirilən A.Qəhrəmanovanın valideynləri R. Qəhrəmanovdan şikayətçi olmadıqlarını, qızlarının qətlinə görə onu günahkar görmədiklərini bildiriblər. (Publika.az)
9Sources
-
azia.azBakıda arvadını öldürən vəzifəli şəxs R.Qəhrəmanova 1 il həbs verildi ( 13228918)
-
demokrat.azBakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi ( 13223302)
-
avtosfer.azBakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi ( 13223116)
-
tribunainfo.azBakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi ( 13223095)
-
pravda.azBakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi ( 13221043)
-
ucnoqta.azArvadını öldürən vəzifəli şəxsə hökm oxundu ( 13220776)
-
referans.azBakıda arvadını öldürən vəzifəli şəxsə cəmisi 1 il həbs cəzası verildi ( 13211161)
-
turkustan.azBakıda arvadının canına qıyan vəzifəli şəxsə cəmisi 1 il həbs cəzası verildi ( 13209019)
-
publika.azBakıda arvadını öldürən vəzifəli şəxsə cəmisi 1 il həbs cəzası verildi ( 13208626)