EN

PFL prezidenti “Sportinfo”ya açıqlama verdi: “Ciddi irəliləyiş var”

Ötən ilin dekabr ayında Ağdam ərazisində avtoqəzaya uğrayan Peşəkar Futbol Liqasının əməkdaşlarının səhhəti yaxşıya doğru dəyişməkdədir.

Elgiz Abbasov, Sənan Abdullayev və Zaur Hacı-Məhərrəmov qəzadan bir müddət sonra aktiv fəaliyyətə başlasalar da, Elxan Səmədovla Aslan Şahgəldiyevin xəstəxanadan buraxılması xeyli vaxt almışdı.

Sevindirici xəbər odur ki, artıq hər ikisi çətinliklə də olsa, vəzifə səlahiyyətlərini icra etməkdədir.

Bu barədə Sportinfo.az-a açıqlama verən PFL-in prezidenti Elxan Səmədov son durumu barədə danışıb:

“Reablitasiya prosesi davam edir. Sağlıq durumumda ciddi irəliləyiş olduğunu deyə bilərəm.

Qoltuq ağacı ilə yeriməyimə baxmayaraq, hər gün işə gəlirəm. Allaha şükürlər olsun, ümumi vəziyyət yaxşıdır”.

Hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Azərbaycan kubokunun final matçının təşkil olunması üçün Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

HƏBİB

Chosen
26
sportinfo.az

1Sources