EN

“Bu, Ukraynanın Qərb üçün dəyərsizliyini göstərir”

“Kiyevdəki xarici səfirliklərin bağlanması Ukraynanın Qərb üçün dəyərsizliyini göstərir”.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Komsomolskaya Pravda”ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, Ukrayna və ukraynalıların Qərb üçün alət olduğunu sübut edir. O, dağılandan sonra isə artıq dəyərsizdir”, - diplomat qeyd edib.

Xatırladaq ki, İspaniya, İtaliya, Yunanıstan və ABŞ-nin Kiyevdəki səfirlikləri müvəqqəti olaraq bağlanıb. Sözügedən ölkələrin öz diplomatik nümayəndəliklərini bağlamasına səbəb Ukrayna paytaxtında hava hücumu ilə bağlı təhdidlərin yüksək olması göstərilib.

Chosen
10
1
olke.az

2Sources