Əfqanıstanda ata 9 yaşlı qızını 54 yaşlı kişiyə 2200 dollara satıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın süjetində qeyd edilib ki, valideyn həmin kişidən qızını döyməməsini xahiş edib.
Qızı alan kişi pulu birbaşa valideynə verib. Pulu alan ata ona təşəkkür edib və qızını vurmamasını xahiş edib.
Alıcı qızla evdən çıxarkən 9 yaşlı uşaq bəlkə də nə baş verdiyini anlayaraq müqavimət göstərib. Buna baxmayaraq, onu valideynlərinin həyətindən çıxarıblar.