Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım dövlət başçısının rəsmi “X” hesabında edilib.
"Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, noyabrın 20-si Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Məhz 2020-ci ilin bu günü Ağdam şəhəri erməni işğalçılarından təmizlənib.
Bizim.Media