EN

UEFA yarımçıq qalan oyunla bağlı qərar verdi

UEFA Apellyasiya Komitəsi Millətlər Liqasının C Liqasının 2-ci qrupunun 5-ci turunda Rumıniya ilə oyunda Kosovo millisinə texniki məğlubiyyət verilməsi barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qərara əsasən, Kosovo komandasına matçda texniki məğlubiyyət və 6 min avro cərimə kəsilib, Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da azarkeşsiz keçirəcək.

Xatırladaq ki, Kosovo millisi ikinci hissədə meydan sahiblərinin azarkeşləri serb tərəfdarı şüarlar səsləndirməyə başlayandan sonra meydanı tərk edib. Kosova meydana qayıtmaqdan imtina edib və bir saat sonra baş hakim oyunu bitirmək qərarına gəlib.

Chosen
16
1
publika.az

10Sources