EN

ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ümumdünya Gömrük Təşkilatının (ÜGT) HS (Harmonized System - Uyğunlaşdırılmış Sistem) alt komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ekoloji cəhətdən əhəmiyyətli malların qlobal gömrük təsnifat sistemində görünməsini artırmaq üçün yeni müddəalar hazırlayır".
"Report" xəbər verir ki, bunu ÜGT-nin Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi COP29 çərçivəsində keçirilən "Yaşıl Gömrük - Aparıcı Gömrük Rəsmilərinin Dialoqu" mövzusunda tədbirdə deyib.
O bildirib ki, bu, gələcəkdə hökumətlərə ticarəti təşviq etmək üçün imkanlar yaradacaq: "Eyni zamanda, Bazel Konvensiyası və Monreal Protokolu çərçivəsində təlimçilərin hazırlanması üçün seminarlar təşkil edilir, təhlükəli tullantıların təhlükəsiz saxlanması və daşınması üçün yeni prosedurlar hazırlanır, plastik tullantıların təsnifatı üzrə onlayn təlimlər keçirilir. COP29-da iqlim müzakirələrinə gömrük və ÜGT-nin daxil edilməsi bu prosesə böyük dəstək göstərir".
Chosen
89
50
oxu.az

10Sources