EN

Məqsədimiz Orta Dəhlizi Yaşıl Dəhlizə çevirməkdir - Bakı Limanı

Məqsədimiz Orta Dəhlizi Yaşıl Dəhlizə çevirməkdir.

Avtosfer.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin beynəlxalq əlaqələr meneceri Natavan Ağayeva COP29 çərçivəsində təşkil olunmuş "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbirdə deyib.

"Hamımızın bildiyi kimi, beynəlxalq ticarət sadəcə insanların və malların hərəkətliliyi deyil. Həm də çox ciddi ekoloji problemlər və təhlükələr təşkil edə bilər. Bakı Limanı Qərb və Şərq, Asiya və Avropa arasında vacib qapı rolunu oynayır. Biz xalis sıfır emissiya üzrə həqiqətən də ambisiyaları qarşımıza hədəf qoymuşuq və 2035-ci ilə kimi ona bu məqsədlərə nail olmağı hədəfləyirik. Belə qısa zamanda bu cür hədəfə nail olmaq region üçün bir ilk olacaq. Eyni zamanda, Bakı Limanı regionda ilk dəfə olaraq Avropa Dəniz Limanları Assosiasiyası tərəfindən “Yaşıl liman sertifikatı”na layiq görülüb”, - deyə o qeyd edib.

O bildirib ki, COP29-da Bakı Limanı tərəfindən “Caspian Research” mərkəzinin yaradılması bəyan edilib:

"Bu da elm və biznesi birləşdirərək regionun sinergiyasını təmin edəcək. Eyni zamanda, burada Xəzər dənizi problemlərinin araşdırılması üzrə işlər aparılacaq və həll yolları təklif olunacaq".

Chosen
10
3
avtosfer.az

4Sources