EN

“TikTok” gənclərdə özünə hörməti azaldır” - Sosioloq şərhi...

Son 2-3 ili müşahidə etsək, ölkəmizdə və dünyada “TikTok” platformasının nə qədər insanları özünə cəlb etdiyinin şahidi olarıq. Bəzi ölkələrdə bu platforma qadağan edilsə də, ölkəmizdə belə bir qadağa yoxdur. Kimisi “TikTok”a tanınmaq üçün, kimisi də bu platformadan pul qazanmaq məqsədi ilə istifadə edir. Amma “TikTok”un yeni nəslə ziyanları ilə bağlı bir sıra narahatlıqlar mövcuddur.

Maraqlıdır, “TikTok”un yeni nəslə vurduğu zərər nədir?

Bu barədə Hit.az-a açıqlama verən sosioloq  deyib ki, bu sosial media platformasının təsiri, xüsusən gənc istifadəçilər üzərində, həm fərdi, həm də cəmiyyət səviyyəsində müxtəlif mənfi nəticələrə yol aça bilər:

“TikTok”da bəzən məzmun yaratmaq və başqalarının fikirlərinə görə reytinq əldə etmək, gənc istifadəçilərdə özünə hörmətin azalmasına səbəb ola bilər. "Bəyənmə" və "şərh" kimi rəylər, özünə dəyərini sosial təsdiqlərə bağlayan şəxslərdə psixoloji sıxıntılar yarada bilər. Bu da gənclərin özlərini başqalarına müqayisə etmələrinə, uyğunlaşmağa çalışmaları və özlərinə güvənlərinin sarsılmasına səbəb olur.

Digər bir məqam “TikTok”da bəzən zorakılıq, narkotik istifadəsi və digər zərərli davranışları təbliğ edən məzmunlar yayıla bilir. Gənclər bu cür məzmunu izləyərək, bu davranışları "normal" hesab edə və ya onları təkrarlamağa cəhd edə bilərlər. Həmçinin, izləyicilərin çoxluğu və onların gözləntiləri, gənclərin daha ekstremal və bəzən təhlükəli davranışlara yönəlməsinə səbəb olur.

“TikTok”un mənfi təsirlərinin qarşısını almaq üçün valideynlərin və təhsil müəssisələrinin bu platforma haqqında gənclərlə açıq müzakirələr aparması, sosial media istifadəsini düzgün şəkildə yönləndirmələri və onlara rəqəmsal savadlılıq dərsləri vermələri vacibdir”.

Murad
 

Chosen
1
40
hit.az

10Sources