EN

İran paytaxtı cənuba köçürür - Pezeşkian göstəriş verdi

İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının köçürülməsi planının hazırlanmasına başlanıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Prezident planın hazırlanması üçün birinci müavini Mohammad Reza Arefi məsul təyin edib.

“Bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox digər problemlərlə üzləşməsinə səbəb ola bilər”, - deyə Pezeşkian vurğulayıb.

Xatırladaq ki, hələ sentyabrın 7-də Pezeşkian paytaxtı cənuba köçürmək istədiyini açıqlayıb.


Müəllif: Teleqraf.com
Chosen
199
10
teleqraf.com

10Sources