EN

Viktor Orban: Ukraynada eskalasiya riski heç vaxt indiki qədər böyük olmayıb

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməyə icazə verildikdən və Rusiyanın nüvə doktrinası yeniləndikdən sonra eskalasiya riski maksimum həddə çatıb. 

HİT.az xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu barədə "Facebook"dakı videomüraciətində bildirib.

Orbanın sözlərinə görə, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa imkan verib, lakin hələlik ABŞ-da “hərbi hökumət” hakimiyyətdədir.

Macarıstanın baş naziri qeyd edib ki, onun son hərəkətlərinin nəticəsi Ukraynadan Rusiyaya uzaqmənzilli raketlərin atılması və Rusiyanın nüvə doktrinasının sərtləşdirilməsi olub.

“Mən müdafiə şurasının hesabatını dinlədim. Müharibənin eskalasiyası və yayılması təhlükəsi heç vaxt bu qədər böyük olmayıb”, deyə Orban yekunlaşdırıb.

O əlavə edib ki, Macarıstan neytral oyunçu kimi qalmaq üçün yaxın aylarda bütün təcrübəsindən istifadə etməli olacaq.

Noyabrın 17-də “The New York Times” mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin məlumatına görə, ilkin olaraq bu silahlarla zərbələrin Kursk bölgəsindəki rus hərbçilərinə və orada olduğu iddia edilən Şimali Koreya hərbçilərinə endiriləcəyi güman edilir.

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) ilk dəfə olaraq Bryansk vilayətindəki obyektə 6 Amerika ATACMS raketi atıb. Rusiya hava hücumundan müdafiə sistemləri beş döyüş sursatını vura və birinə zərər verə bilib.

Samir
 

Chosen
40
8
hit.az

10Sources