EN

20 min müəllimin maaşına əlavələr olacaq - Emin Əmrullayev açıqladı

Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib.    Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib. Nazir əlavə edib ki, nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat (gross), əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat (gross) təşkil edib:

"Növbəti ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması nəzərdə tutulub və bu məqsədlə dövlət büdcəsində əlavə 60.8 milyon manat olmaqla, ümumilikdə Sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün 154.4 milyon manat vəsait proqnozlaşdırılıb".

Chosen
21
1
manset.az

10Sources