EN

“Mançester Siti”dən Qvardiola qərarı

“Mançester Siti” ilə müqaviləsi mövsümün sonunda başa çatan Pep Qvardiola komandada qalacaq.

İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” təcrübəli mütəxəssisi buraxmaq istəmir. Rəhbərlik ona 1+1 illik sözləşmə təklif edib.

Qvardiolanın bu təklifə müsbət yanaşdığı bildirilir. Baş məşqçinin köməkçiləri ilə də müqavilə müddəti uzadılacaq.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ilin iyul ayında “Mançester Siti”nin baş məşqçisi təyin olunub. .

Chosen
30
idmanxeber.az

1Sources