EN

Bərpa olunan enerji: Texnika idxalına gömrük azadolması gəlir

Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən sahibkarlar və hüquqi şəxslər texnika, avadanlıq və qurğuların idxalı zamanı gömrük rüsumlarından azad ediləcək.

Fins.az xəbər verir ki, bu, “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azadolma şərtləri:

  • İstehsalçılar dövlətin satınalma öhdəliyi ilə müəyyən edilmiş elektrik enerjisi istehsalı layihələrini həyata keçirməlidir.
  • İdxal edilən texnika və avadanlıqlar müvafiq qurumun təsdiqedici sənədi əsasında gətirilməlidir.
  • Azadolma, satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin maksimum 30 il üçün (tikinti müddəti də daxil olmaqla) tətbiq ediləcək.

Dəyişikliklər qəbul edilərsə, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu addım, bərpa olunan enerji layihələrinin təşviqini və ölkənin enerji sektoruna investisiyaların artırılmasını hədəfləyir.
 

Fuad Mədətov
Fins.az

Chosen
19
8
fins.az

2Sources