EN

MHP-nin 3 deputatı istefa verib

Partiyanın parlamentdəki yerlərinin sayı 47-yə düşüb

Milliyyətçi Hərəkat Partiyası İsparta millət vəkili Həsən Bəsri Sönməz, Bolu millət vəkili İsmayıl Akgül və Kilis millət vəkili Mustafa Dəmirin istefasını tələb edib. Partiya rəhbərliyinin bu tələbindən sonra 3 millət vəkili MHP-dən istefa verib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, MHP sədrinin müavini Semih Yalçın sosial media hesabında 3 millət vəkilinin istefası tələb olunduğunu və istefa ərizələrinin qəbul edildiyini açıqlayıb.

Yalçının verdiyi məlumata görə, İsparta millət vəkili Həsən Bəsri Sönməz, Bolu millət vəkili İsmayıl Akgül və Kilis millət vəkili Mustafa Dəmirin istefaları qəbul edilib.

Semih Yalçın bildirib ki, partiya daxilində davam edən araşdırma nəticəsində 3 adın istefası istənilib.

İstefa xəbərindən sonra sosial media hesabından açıqlama verən Həsən Bəsri Sönməz "Son nəfəsimizə qədər liderimizin, partiyamızın və təşkilatlarımızın sərəncamındayıq. Liderimizdən bir addım da geri çəkilməyəcəyik" deyib. 

İsmail Akgül isə, "Qərar bizim məsuliyyətimizdir" mesajını paylaşıb.

Mustafa Dəmir də "Son nəfəsimizə qədər liderimizin və partiyamızın xidmətindəyik" qeydini edib.

Bu istefalardan sonra Milliyyətçi Hərəkat Partiyasının parlamentdəki yerlərinin sayı 47-yə düşüb.
Chosen
47
3
sherg.az

10Sources