EN

Husilər türk şirkətinə məxsus gəmiyə hücum ediblər

Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” adlı quru yük gəmisi husilər tərəfindən raket hücumuna məruz qalıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Məlumatda rəsmi Ankaranın bu hücumu pislədiyi, oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağı qeyd olunub.

Chosen
39
5
apa.az

10Sources