EN

MSN-in nümayəndə heyəti IDEAS-2024 sərgisində iştirak edir

Noyabrın 19-da Pakistanın Karaçi şəhərində IDEAS-2024 12-ci Beynəlxalq Müdafiə Sərgisi və Seminarı işə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Nazir müavini müxtəlif ölkələrin hərbi sənaye məhsullarının nümayiş edildiyi stendlərlə tanış olub. Sərgi çərçivəsində M.Baxışov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini İhsan Kaya, Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza, Pakistanın Strateji Planlar Departamentinin Baş direktoru general-leytenant Yusuf Camal və digər dövlət rəsmiləri, eləcə də özəl şirkətlərin nümayədələri ilə görüşüb.

Görüşlərdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2477

2478

2481

2483

2484

2485

2486

2487

2488

Chosen
52
poliqon.az

1Sources