Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərhum Bəhri Tağıyev Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kəndi qəbirstanlığında dəfn edilib.



