EN

Trampın rədd etdiyi rəsm əsəri hərraca çıxarıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rəssam Endi Uorholun (1928-1987) "Nyu-York göydələnləri" əsəri hərraca çıxarılıb. Rəsmin 700 min dollara satılacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Əsər 1983-cü ilin noyabrında tamamlanıb. O, 68 mərtəbəli "Trump Tower" göydələni üçün nəzərdə tutulub. Lakin o zaman zəngin iş adamı, hazırda isə ABŞ prezidenti seçilən Donald Tramp və onun birinci həyat yoldaşı İvana sənət əsərindən çox narazı qalıblar. Onlar Uorhola heç bir ödəniş etməyiblər. Buna görə tərəflər arasında mübahisə yaranıb və Uorholun ömrünün sonuna qədər onlar barışmayıblar.
Chosen
16
1
oxu.az

10Sources