EN

Liviya da bizi ötəcək

Milli komandaların noyabrda keçirdikləri oyunlardan sonra nəticələrin FIFA reytinqinə təsiri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA Millətlər Liqasındakı son matçlar Azərbaycan yığması üçün heç də düşərli olmayıb.

Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalan millimiz, Stokholda İsveçə 0:6 hesabı ilə məğlub olub. Bu nəticələr Fernandu Santuşun yetirmələrinin 3,10 xal itirməsinə səbəb olub. Ötən ay reytinqdə 118-ci pillədə qərarlaşan komandamızın bu ay açıqlanacaq sıralamadakı mövqeyi hələ bəlli deyil. Bu, digər yığmaların nəticələrinin hesablamasından asılı olacaq. Komandamızın öz mövqeyində qalması gözlənilir. Ancaq Liviya seçməsinin cədvəldə millimizi qabaqlaması da istisna deyil.

Növbəti FIFA reytinqi isə noyabrın 28-də açıqlanacaq.

Chosen
21
futbolinfo.az

1Sources