EN

ABŞ Ukraynaya köhnə ATACMS qanadlı raketlərini göndərir

Birləşmiş Ştatlar Ukraynaya çoxmilyardlıq hərbi yardımdan öz raket imkanlarını modernləşdirmək üçün istifadə edir, Ukrayna tərəfini köhnəlmiş ATACMS uzun mənzilli qanadlı raketlər göndərir...

Poliqon xəbər verir ki, bu iddia ilə “RİA Novosti” Agentliyi ABŞ-nin hərbi büdcəsinin parametrləri ilə bağlı təhlilindən sonra çıxış edib. Sənədlərə görə, bu raketlərin istismar müddəti 2025-ci ildə başa çatır və onların Kiyevə göndərilməsi Vaşinqtona Pentaqonun maliyyə yükünü azaltmağa imkan verir.

Ukraynaya hərbi yardımın monitorinqini aparan “Ukraine Oversight” saytının məlumatına görə, 2022-ci ilin fevralından ABŞ Konqresi prezident səlahiyyətləri çərçivəsində silah tədarükünə qoyulan limiti bu fonda 33,3 milyard dollara çatdırıb. Pentaqon öz arsenallarını artırmaq üçün əlavə 45,8 milyard dollar alıb ki, bu da Ukraynaya ötürülən silahların dəyərindən çoxdur. Bundan əlavə, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) vasitəsilə 32,7 milyard dollar ayrılıb ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün xaricdə silah alınmasına xərclənə bilər.

Poliqon.info

Chosen
33
poliqon.info

1Sources