EN

“And olsun o qızılı yarpaqlara...”

Payızın min bir rəngi

Bugünlərdə Bakıda keçirilən COP29 tədbirləri silsiləsindən “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqəsində Fransadan gəlmiş soydaşımız – dünya şöhrətli fotoqraf Reza Deqati deyib: “60 ildən bəri bu sənətlə məşğul olmağıma baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər məni heyrətləndirdi”.

Biz də Böyük Britaniyada yaşayan alim, şair dostumuz Rauf Qaraişığın qara (gur) kölgələrə işıq salaraq çəkib sosial şəbəkədə paylaşdığı təbiət fotolarına heyranlıqla baxırıq. O özünü peşəkar fotoqraf saymır, sərgilədiklərini olsa-olsa, hobbi sayır. Amma elə rakursdan, elə işıq bucağından fotolar çəkir ki, “əhsən” deməmək olmur. Başdan-başa estetik zövqdür.

Rauf çəkən dağa baxırıq – ürəyimiz dağa dönür, çiçəyə baxırıq – ləçəkləri tutrəşib ətir saçır, böcəyə baxırıq, – vızıltısı gəlir, ağaca baxırıq – bəzəkli gəlinə oxşayır, yağışa baxırıq – nur damcıları “rəqs eləyir”. Qısası, Rauf peyzajlarında rəngləri rəssam kimi “güldürür”. Onun çəkdiklərinə foto-şeirlər də demək olar. Özü demişkən, “And olsun o qızıl yarpaqlara” ki, belədir...

BMT-nin İqlim Dəyişmələri üzrə mötəbər məclis günlərində Rauf Qaraişığın təbiət mövzusunda çəkdiyi, “təbiəti sevək, qoruyaq” dediyi fotolardan seçmələri təqdim edirik.

XQ

Chosen
21
xalqqazeti.az

1Sources