EN

Azərbaycan hər bir COP konfransında su məsələsini gündəmə gətirəcək platforma yaratmağı planlaşdırır

Bakı. Trend:

Azərbaycan hər bir COP konfransında su məsələsini sistemlişəkildə gündəmə gətirəcək platforma yaratmağı planlaşdırır.

Trend xəbər verir ki, COP29Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsiKəmalə Hüseynli Abışova COP29 çərçivəsində "İqlim üçün su: NDCs vəNAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, suehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilənyüksək səviyyəli dəyirmi masada bildirib.

"Azərbaycanda biz inanırıq ki, su iqlim dəyişikliyi problemininmərkəzində dayanır. Bizə bunu kimsə sübut etməyə çalışmamalıdır —biz bunu hər gün dünyanın müxtəlif yerlərində müşahidə edirik. Sudövranı dəyişir və bunun əsas səbəbi iqlim dəyişikliyidir. Hesabedirik ki, su məsələsi iqlim platformalarında müzakirəyəçıxarılmalıdır, çünki bu mövzu qlobal çağırışlarla birbaşaəlaqəlidir.

Azərbaycanda su təhlükəsizliyi ilə bağlı problemləri şəxsənyaşayırıq. Yəqin ki, Xəzər dənizinin sürətlə azalması barədəməlumatlısınız – bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən birdənizdir. Azərbaycan COP sədrliyini əldə etdikdə, bu vacib məsələniiqlim gündəliyinə daxil etməyin zəruriliyini dərk etdik ki, buçağırışları müzakirə edək və hər kəs üçün faydalı həll yollarıtapaq.

Məhz buna görə bu gün, bir qədər sonra bu zalda, COPçərçivəsində ilk dəfə olaraq su mövzusunda bəyannaməni təqdimedəcəyik. Bu, COP29 sədrliyinin "İqlim fəaliyyətləri üçün su"təşəbbüsünün bir hissəsidir. Həmçinin, iqlim fəaliyyətləri üçün sumövzusunda Bakı Dialoqunu başladırıq – bu platforma COPkonfransları arasında davamlılığı və ardıcıllığı təmin edəcək,suyun biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, çirklənmə vəsəhralaşma ilə əlaqəsini diqqət mərkəzində saxlayacaq.

Biz güclü və davamlı bir platforma yaratmaq niyyətindəyik ki, suməsələsini hər bir COP konfransında gündəmə gətirək", – deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
8
2
az.trend.az

3Sources