EN

Təkhüceyrəli canlı ilə siçan yaratmaq mümkündür

Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq tədqiqat qrupu görünməmiş bir addım ataraq təkhüceyrəli orqanizmdən genetik alətlərlə siçan kök hüceyrələri yaratdı. Onlar göstərdilər ki, bu kök hüceyrələrlə tam inkişaf etmiş bir siçan istehsal etmək mümkündür.

Hafta.az-ın yazdığına görə, “Nature Communications” elmi jurnalında dərc olunan məqalə mövzu ilə bağlı araşdırmanın nəticələrini yayımlayarkən, bu araşdırma haqqında xəbər verən elm saytları "Elmi fantastika kimi səslənir" və "Görünməmiş bir mərhələyə çatıldı" kimi ifadələrdən istifadə ediblər.

Heyvanların olmadığı bir dövrdən insanların və təkhüceyrəli canlıların, insanların ortaq əcdadlarına sahib olduğu bildirilərkən, yeni araşdırmanın heyvanlar və onların təkhüceyrəli qohumları arasındakı təkamül əlaqəsinə yeni bir perspektiv təqdim etdiyi qeyd olunub.

Bu araşdırmada London Queen Mary Universitetindən Dr. Aleks de Mendoza və Honq Konq Universitetinin alimləri əməkdaşlıq ediblər.

Kök hüceyrələr yaxalı flagellatlar olaraq da bilinən təkhüceyrəli xoanoflagellatlarda olan bir genlə yaradılıb. Bu hüceyrələr daha sonra canlı siçanlar yetişdirmək üçün istifadə edilib.

Yaxalı flagellantlar heyvanların ən yaxın yaşayan qohumları kimi də tanınır. Onların genomlarında bəzi növ Sox və POU genləri var. Bu genlər inkişaf etməkdə olan embrionun erkən mərhələlərində mövcud olan və canlını təşkil edən bütün ixtisaslaşmış hüceyrə tiplərinə çevrilmə qabiliyyətinə malik olan fərqlənməmiş hüceyrələr üçün istifadə edilən pluripotentlik xüsusiyyətini aktivləşdirir.

Dr. de Mendoza araşdırma haqqında bunları deyir: "Biz təkhüceyrəli qohumlarımızdan aldığımız molekulyar alətləri istifadə edərək müvəffəqiyyətlə siçan yaratmağı bacardıq. Bu araşdırma, kök hüceyrə əmələ gəlməsinin açarı olan genlərin kök hüceyrələrdən çox əvvəl mövcud ola biləcəyini ortaya qoydu".

2012-ci ildə tibb üzrə Nobel mükafatına layiq görülən yapon alim Şinya Yamanaka, müəyyən bir orqanın hüceyrələrini bədəndəki hər hansı bir hüceyrəni əvəz edə biləcək kök hüceyrələrə çevirmək üzrə araşdırmasına görə Sox və POU genlərinə də diqqət çəkib.

Son tədqiqatlara qədər Sox və POU genlərinin yalnız heyvanların təkamülü ilə mövcud olduğuna inanılırdı. "Xoanoflagellatların kök hüceyrələri yoxdur, onlar təkhüceyrəli orqanizmlərdir. Lakin onlar çoxhüceyrəli heyvanların, ehtimal ki, daha mürəkkəb bədənlər əmələ gətirmək üçün yenidən təşkil etdikləri genlərə malikdirlər", - de Mendoza öz tapıntılarını izah edir.

Chosen
11
hafta.az

1Sources