EN

Azərbaycan Çinin yaşıl enerji təcrübəsindən faydalanmaqda maraqlıdır- ÖZƏL

"Bakıda keçirilən COP29 sesiyası çərçivəsində Çin Xalq Respublikasının pavilyonunda iqlim risklərindən mühafizə olunan şəhərlərin qurulması mövzusuna həsr olunmuş müzakirələrdə çox maraqlı ideya və təkliflər səsləndi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib: "Müxtəlif ölkələrdən dövlət qurumlarının, beynəlxalq təşkilatlar və tədqiqat institutlarının nümayəndələri, ekspertlər qlobal iqlim dəyişikliyinin təsirinin və risklərin qarşısının alınması yollarını müzakirə etdi. Çinin iqlim dəyişikliyi siyasəti, dayanıqlı şəhərlərlərin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edim ki, COP29 sesiyası çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında "yaşıl enerji" sahəsində bir neçə sənəd imzalanıb. Bu sənədlər bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur. Azərbaycan "yaşıl enerji"yə keçidi prioritetləri sırasına daxil etmiş və COP29 kimi mötəbər tədbirə evsahibl olmuş ölkə olaraq Çinin yaşıl enerji təcrübəsindən faydalanmaqda maraqlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
olaylar.az

1Sources