EN

Valideynlərindən uzaqda böyüyən məşhurlar (FOTO)

Yazını böyüt
Yazını kiçilt

İnsanın uğur qazanmasında, yetkinləşməsində valideynlərin rolu misilsizdir. Ancaq bu bəzən istisna təşkil edir.

Hafta.az olaraq müxtəlif səbəblərdən valideynlərindən uzaqda böyüyən ulduzlar haqqında məlumat paylaşırıq:

Merilin Monro

Əsl adı Norma Cen olan aktrisa 1926-cı il iyunun 1-də Los-Ancelesdə anadan olub. Qızına qarşı sevgi hiss etməyən ana onu böyütmək üçün himayədar ailəyə vermək qərarına gəlib. Qız böyüyəndə anası onu geri götürür. Lakin Merilin ögey atasının sataşmasına dözməyib, xalasının evinə qaçıb. Qız xalasının oğlanları ilə anlaşa bilməyib və orada uzun müddət yaşaya bilməyib. 16 yaşı tamam olanda o, sabit bir ev sahibi olmaq istəyir və bir gənclə ailə qurur. Gələcək aktrisa İkinci Dünya Müharibəsi illərində təyyarə zavodunda, sonra isə model agentliyində işləyib.

Stiv Cobs

Stiv Cobs 24 fevral 1955-ci ildə San-Fransiskoda anadan olub. Bioloji valideynləri onu doğulduqdan bir həftə sonra tərk ediblər. Onu övladına hər şeyi verməyə hazır olan Pol və Klara adlı amerikalı cütlük övladlığa götürüb. Məktəbdə elektronika ilə maraqlanan Cobs Hewlett-Packard şirkətinin rəhbərinin diqqətini çəkib. Övladlığa götürən valideynləri onu dəstəkləmədilər, çətin uşaqlığı gələcək iş adamının xarakterində iz buraxdı. Cobs işçilərinə qarşı tamamilə barışmaz və tələbkar idi.

Koko Şanel

Modelyer, 20-ci əsrin ən məşhur dizaynerlərindən biri olan Qabriel Bonel Şanel 1883-cü il avqustun 19-da Fransada anadan olub. Anası dünyasını dəyişdi, atası isə övladlarının tərbiyəsi ilə maraqlanmadı. Uşaqlığını uşaq evində keçirən Koko uzun müddət həyatının bu hissəsini xatırlamaq belə istəməyib. Onu övladlığa götürəcək ailə yox idi. Uşaq evindən ayrıldıqdan sonra uğurlu modelyer olmaq ümidi ilə trikotaj mağazasında işləməyə başladı. Ciddi dərəcədə qəşəng uşaq formalarına nifrət etməsi onu qadın qarderobları üçün yeni paltarlar yaratmağa ruhlandırdı. Koko öz istəkləri və hərəkətləri ilə moda dünyasında öz yerini tapmağı bacarıb.

Pirs Brosnan

“Ceyms Bond” filminin ulduzu Pirs Brosnan 16 may 1953-cü ildə İrlandiyada anadan olub. Atası onun doğulmasından qısa müddət sonra ailəni tərk edib, anası isə uşağı valideynlərinin yanında qoyub Londonda yeni həyata başlamaq qərarına gəlib. Babası və nənəsi öldükdən sonra Pirs əmisi və bibisinin himayəsində qalıb. Onlar da uşağa baxmaq istəməyib, dini quruma göndəriblər. Bir neçə ildən sonra ana oğlu olduğunu xatırlayaraq onu Londondakı yeni ailəsinə gətirmək istəyir. Amma o vaxt da aralarındakı münasibət yaxşılaşmayıb.

Cek Nikolson

Cek Nikolsonun anası Cun Frensis Nikolson dövrünün məşhur rəqqasəsi idi. O, 1937-ci ildə, 18 yaşında ana olub. O, karyerasını davam etdirmək istədiyi üçün hamiləliyini gizlədib. Cek doğulduqdan sonra Cun onu anasının, yəni uşağın nənəsinin oğlu kimi qeydə aldırıb. Cek 36 il sonra jurnalist araşdırması nəticəsində həqiqəti öyrənə bilib. Amma bu vaxta qədər anası da, nənəsi də dünyasını dəyişmişdi.

Chosen
16
hafta.az

1Sources