EN

4 və 17 dekabr tarixlərində keçiriləcək hərraclara 113 əmlak çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 dekabr tarixində keçiriləcək hərraca "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 1 bağ evi, 6 fərdi yaşayış evi, 9 torpaq sahəsi və 34 qeyri-yaşayış sahəsi çıxarılıb.

17 dekabr tarixində keçiriləcək hərraca buraxılış tarixləri 2005-2016-cı illəri əhatə edən 63 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Chosen
24
1
valyuta.az

8Sources