EN

Azərbaycanlı Lalə yenə Rusiyanı fəth etdi: Bu dəfə...

Azərbaycanlı gimnast Lalə Kramarenko Rusiyada ilin idmançısı seçilib.

Publika.az xəbər verir ki, “Rusiyanın qüruru” kateqoriyası üzrə 2024-cü il Milli İdman Mükafatının təqdimetmə mərasimində 19 yaşlı idmançı bu ada layiq görülüb..

Mükafat uğrunda hündürlüyə tullanma üzrə Mariya Koçanova və şort-trekçi Yekaterina Aldoşkina da mübarizə aparıblar.

“Bu, təkcə mənim deyil, böyük komandamın qələbəsidir. Xoreoqraflar, rejissorlar, məşqçilər, həkimlərin və şəxsi məşqçilərimin bu uğurda payı var”, - deyə Lalə bildirib.

2024-cü ildə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb. 19 yaşlı idmançı Kazanda keçirilən BRİKS Oyunlarında fərdi çoxnövçülükdə də birinci olub.

Chosen
6
3
publika.az

6Sources