Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.
“APA-Economics” xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
