EN

Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinın birgə təşkilatçılığı ilə üzgüçülük məşqçiləri üçün növbəti seminar keçirilib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir Mingəçevirdəki "Kür" Olimpiya Tədris İdman Mərkəzində baş tutub.

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun təlimçi olduğu seminarda Mərkəzi Aran, Şəki, Zakatala, Qarabağ, Gəncə, Daşkəsən, Qazax və Tovuzdan 20-yə yaxın mütəxəssis iştirak edib.

6-8 yaşlı uşaqlarda ilkin öyrədilmə məşqlərinin planlaşdırılması və bioloji xüsusiyyətlərin məşq planına uyğunlaşdırılması, valideynlərlə işin təşkili və ünsiyyət, o cümlədən sərbəst və arxasıüstə üzmə üsulunun öyrədilmə metodikası, texnikaların inkişafına yönələn tapşırıqlar tədris olunub.

Seminarda məşqçilərə tədris olunan mövzular əyani vasitələr və xüsusi texnologiya vasitələri ilə göstərilib, sonda mövzularla bağlı müzakirələr aparılıb.

Seminarda iştirak edən təlimçilərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən sertifikat təqdim olunub.

Chosen
14
7
sia.az

8Sources