Peskov yenə öz açıqlamarı ilə gündəmdədir.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib lakin, münqaşinənin dondurulmasını istəmədiklərini qeyd edib: "Münaqişənin dondurulmasına yönəlmiş ssenarilər bizim üçün uyğun deyil. Hər kəsə yaxşı məlum olan məqsədlərimizə çatmaq bizim üçün vacibdir"
Peskov Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri paytaxt Moskvada jurnalistlərə dəyərləndirib: "ABŞ prezidenti Co Baydenin Ukraynaya piyada əleyhinə minaların təhvil verilməsinə razılıq verməsi ilə bağlı iddialara gəlincə isə bunun nə dərəcədə real olduğunu söyləmək çətindir. Bununla belə, ABŞ-ın hazırkı rəhbərliyi müharibəni davam etdirməkdə tamamilə qərarlıdır. Biz isə bu müddət ərzindəmümkün olan hər şeyi edəcəyik".
Aytən Yaşar/ Turkustan.az