Bakı, TurkicWorld
Bu gün yerli vaxtla 08:30-da İranın cənubunda yerləşən Buşehr vilayətinin Dəştestan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
TurkicWorld-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Dəştestan rayonun Bərazcan məntəqəsində qeydə alınıb. Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.