EN

ABŞ, Böyük Britaniya və Avstraliya hipersəs silahlarının sınaqlarına başlayır

ABŞ, Böyük Britaniya və Avstraliya hipersəs silahlarının birgə sınaqlarına dair saziş imzalayıblar. Vətəninfo.az xəbər verir ki, onlar AUKUS tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək. Bu barədə Pentaqon məlumat yayıb. “HyFliTE” adlı sənəd 2028-ci ilə qədər altıya qədər üçtərəfli sınaqların həyata keçirilməsini nəzərdə tutur.

Sınaqların ümumi büdcəsi 252 milyon dollar olacaq. Saziş üçtərəfli hərbi əməkdaşlığı gücləndirmək və hipersəs silahları sahəsində əsas texnologiyaların inkişafını sürətləndirmək məqsədi daşıyır. O, həmçinin AUKUS tərəfdaşlığının məqsədlərindən biri olan strateji çəkindirmə siyasətinə də öz töhfəsini verəcək.

Chosen
10
veteninfo.az

1Sources