EN

Klub rəsmisi yeni müqavilə danışıqlarından söz açdı

“Bavariya”nın icraçı direktoru Yan Kristian Drezen açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Abendzeitung” nəşrinə danışan funksioner Camal Musiala ilə yeni müqavilə danışıqlarından söz açıb:

“Dünyanın ən yaxşı oyunçularından biri ilə sözləşməni uzatmaq istəyirik. Ümid edirəm ki, yekun razılıq əldə olunacaq. Musialanın klubun simvoluna çevrilməsini istəyirik”.

21 yaşlı futbolçunun sözləşməsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 14 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Chosen
24
futbolpress.az

1Sources