EN

“Onu prezident kimi qəbul etmirəm” – Melonidən gözlənilməz açıqlama

İtaliyanın Baş naziri Ciorcia Meloni Venesueladakı müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi ölkənin yeni seçilmiş prezidenti kimi tanıdığını açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım nazir Buenos Ayresdə Argentina prezidenti Xavier Milei ilə görüş zamanı Qonzalesi qanuni prezident hesab etdiyini bildirib.

Meloni Venesuelada demokratik və sülh yolu ilə keçid üçün Avropa Birliyi (AB) ilə birlikdə çalışacaqlarını və xalqın seçdiyi prezident Qonzalesi dəstəkləyəcəklərini deyib.

İtaliyalı nazir hazırkı dövlət başçısı Nikolas Maduronu seçkilərdə saxtakarlıqda ittiham edib. Meloni əlavə edib ki, Venesueladakı böhran təkcə bu ölkə üçün deyil, həm də Argentina və İtaliya üçün vacib məsələdir.

Xatırladaq ki, iyulun 29-da açıqlanan rəsmi nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə Venesuela Prezidenti seçilib.

Mütalifət isə nəticələri tanımayıb. Etirazların qarşısını almaq üçün Qonzales barəsində həbs qərarı çıxarılıb. Müxalifət lideri həbsdən yayınmaq üçün həyat yoldaşı ilə birlikdə İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Karakasdan Madridə qaçıb.

Məlik,
KONKRET.az

Chosen
40
konkret.az

1Sources