EN

Avstraliya 4 işçisi üçün Maliyə 152 milyon ödəyəcək - MƏDƏN QALMAQALI

"Resolute Mining" şirkətinin baş direktoru və digər iki əməkdaşı vergi və mədən danışıqlarından sonra noyabrın əvvəlində Malinin paytaxtında saxlanılıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya mədən şirkəti bu ayın əvvəlində Qərbi Afrika ölkəsində direktor və digər iki əməkdaşının saxlamasından sonra vergi mübahisəsinin həlli üçün Mali hərbi hökumətinə 160 milyon dollar (152 milyon avro) ödəməyə razılaşıb.

Şirkətinin baş direktoru Terens Holohan və digər iki işçi noyabrın 8-də Malinin paytaxtı Bamakoda rəsmilərlə görüş üçün səfər edərkən saxlanılıb. Mali hökuməti 3 nəfərin niyə saxlandığını açıqlamayıb.

Şirkət bazar ertəsi açıqlamasında maliyyə orqanlarının ona qarşı vergilər, gömrük rüsumları, ofşor hesabların saxlanması ilə bağlı bütün iddiaların həll edildiyini bildirib.


Resolute Mining cərimənin yarısının dərhal, digər yarısının isə yaxın aylarda ödəniləcəyini bildirdi.

Şirkət bildirib ki, Mali hökuməti ilə sıx işləyir. Saxlanılan 3 işçi Britaniya vətəndaşlarıdır. İngiltərə rəsmilərinin məsələ ilə bağlı əlaqə saxladığı və dəstək verdiyi bildirilib.

Bundan başqa "Canadian Barrick Gold" şirkətinin 4 əməkdaşı da sentyabr ayında bir neçə günlük saxlanılmışdı.

Resolute Mining şirkəti Malinin cənub-qərbində, Syama qızıl mədənində illərdir işləyir. Mədənin 80 faizi şirkətə, qalan 20 faizi isə Mali hökumətinə məxsusdur.

Elgün, Bakupost
Chosen
24
bakupost.az

1Sources