EN

7 yaşlı uşaq iş təklifi aldı

Rusiyada proqram təminatı şirkəti yeddi yaşlı Sergeyə iş təklif edib.
 
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, şirkət Sergeyi ödənişli işə başlamaq yaşına çatana kimi idarəetmə komandasına qoşulmağa dəvət edib.
 
Rusiyanın Sankt-Peterburq şəhərindən olan Sergey beş yaşından proqram təminatının necə yazılmasını izah edən videolar çəkməyə başlayıb. Bu videolara görə, “Pro32” informasiya təhlükəsizliyi firması ona korporativ təlim rəhbəri vəzifəsi üçün iş təklifi göndərib.
 
Rusiya qanunlarına görə, Sergey 14 yaşına qədər pullu vəzifədə çalışa bilməz. Lakin “Pro32”nin baş icraçı direktoru İqor Mandik BBC-yə bildirib ki, o, Sergeyin valideynləri ilə əməkdaşlıq etməyin yollarını axtarır.
 
Qeyd edək ki, “Python” və “Unity” dillərini öyrənməkdə maraqlı olan 3500-dən çox insan onun yutub kanalına abunə olub.
Chosen
5
12
moderator.az

10Sources