EN

OPEC-in Baş katibi COP29-da Prezident İlham Əliyevin təbii sərvətlərlə bağlı mövqeyini vurğuladı: "Bu, Tanrının bəxş etdiyi hədiyyədir" (VİDEO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin təbii sərvətlərlə bağlıdediyi kimi, "bu, Tanrının bəxş etdiyi hədiyyədir".

Trend xəbər verir ki, bunuNeft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi HaysamƏl-Qays Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.

"Neft və qaz dünyada həm istehsalçılar, həm də istehlakçılarüçün əsas resurs olaraq qalır. Azərbaycan Prezidenti İlham ƏliyevinCOP29-un açılışında vurğuladığı kimi, bu, Tanrının bəxş etdiyihədiyyədir", – deyə əl-Qays qeyd edib.

Onun sözlərinə görə, neft məhsulları gündəlik həyatımızda vacibrol oynamaqda davam edir – evlərin qızdırılmasından vəsoyudulmasından tutmuş tikinti və nəqliyyata qədər.

"Bununla belə, bir çoxlarının adi hal kimi qəbul etdiyi bunemətlərə çıxış hələ də məhduddur. Dünyada 685 milyon insan hələ dəelektrik enerjisi olmadan yaşayır, 2,1 milyard insan isə yeməkbişirmək üçün təhlükəli və səmərəsiz yanacaq növlərindən istifadəetmək məcburiyyətində qalır", – deyə OPEC rəhbəri vurğulayıb.

O, həmçinin dünya ictimaiyyətinin qarşısında duran əsasçağırışlara toxunub.

"Bizim vəzifəmiz enerji əlçatanlığını təmin etmək, artantələbatı ödəmək, enerji təhlükəsizliyini gücləndirməkdir. Bunuedərkən həm də qiymətləri əlçatan saxlamaq və emissiyaları azaltmaqəsas hədəfimizdir", – deyə Haysam Əl-Qays bildirib.

Məqalədə:
Chosen
20
2
az.trend.az

3Sources