EN

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 309 018,55 min ABŞ dolları dəyərində 495 484,05 neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,3%, həcmi isə 40,7% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.

Chosen
7
2
apa.az

3Sources