EN

Putinin planları alt-üst olur: Bizi həlledici 2 ay gözləyir

Bütün dünya Rusiyanın Kiyevə genişmiqyaslı raket hücumunu gözləyirdi, əvəzində isə Ukraynanın Qərb istehsallı raketlərlə Rusiya ərazisinə zərbələrin davamını müşahidə edirik.

Bu səfər USQ ATACMS-larla yox, Storm Shadow-larla zərbə endirdi. Zərbəni Kursk vilayətində yerləşən obyektə vurdular. Bəzi iddialara görə Rusiya Prezident administrasiyasına məxsus obyektdir. Məlumat dəqiqləşdirilir. Düşünürəm ki, hələ rəsmi açıqlama olmasa da, çox(!!!) mühüm obyekt idi(boş yerə defisitdə olan raketləri xərcləməzlər).

Gördüyünüz kimi Rusiya rəsmilər o cümlədən Putin ABŞ, BB və Fransanın son qərarından sonra əməlli-başlı isterikaya başlayıb. Putinin planı yanvarın 20-sinə qədər Kursk vilayətini tamamilə azad etmək, Donbasda hərbi təzyiqi və sürüşən irəliləməni təmin etmək və eyni zamanda Ukrayna ərazisini mütəmadi olaraq total raket zərbələrə məruz qoymaq idi. Və təbii ki, bütün bunlar infofonla(yəni informasiya məkanında Rusiyanın uğurları işıqlandırılmalı idi və Rusiya daha üstün tərəf kimi görsənməliydi, Trampın seçkiqabağı strategiyasını xatırlayın) müşahidə olunmalı idi. Plan belə idi, amma ABŞ-ın raketlərlə bağlı qərarı bu planı alt-üst etdi, ona görə ki, Kurskda USQ-ni geri çəkindirmək üçün artıq qurulmuş hərbi, maddi-texniki təminat və loqistika infrastrukturları açıq hədəflərə çevriliblər.

Putin isterikadadır və bu çox ciddi hiss olunur, nədə?

- Nüvə doktrinasına dəyişikliklərin edilməsi qədər absurd bir şey görmədik, soruşun niyə? Biri var ki, Putin bu sənədi Dövlət Dumaya göndərsəydi, bəlkə hardasa başadüşülən olardı, indi isə elə çıxır ki, Rusiya SQ-nin Ali Baş komandanı özü öz addımlarını legitimləşdirmək üçün doktrinaya hansısa dəyişikliklər əlavə edir. Absurdun dibidir.

- Bu gün info məkanda gördük ki, guya Rusiya Ukraynanı qitələrarası raketlə vurmağa hazırlaşır. Əvəzində isə başqa şeyi gördük, yuxarıda yazdıq.

- Bu gün Qərb mətbuatında Rusiyanın sülh şərtləri dərc olundu. Bu barədə ayrıca yazacağam. Qısa olaraq isə, mümkünsüz və maksimal sərt tələblərdir. Başqa sözlərlə Putin özünü güclü mövqedə göstərmək istəyir halbuki bu elə deyil və həmin şərtlərin yazıldığı kağızı büküb təyinatı üzrə istifadə edəcəklər.

- Respublikaçılar partiyasında Putinə xüsusi simpatiya ilə fərqlənənlər hay-küyə başlayıblar "ay aman dayanın, 3-cü dünya müharibəsi başlayır".

Bütün bunlar onu göstərir ki, Putinin planları alt-üst olur və o isterikadadır. Bizi həlledici 2 ay gözləyir.

Kamran Cəfərov

visiontv.az



Chosen
21
visiontv.az

1Sources