EN

Zaxarova Zelenskinin planını tənqid etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin yeni “müqavimət planı” hakimiyyətini saxlamaq üçün daha bir xəstə fantaziyalardır.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Diplomat xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrində böyük itkilər və ordu sıralarında “demoralizasiyanın artması” fonunda Zelenski noyabrın 19-da Ali Radada özünün yeni layihəsini – 10 layihədən ibarət “müqavimət planını” elan edib. 
"Nə danışdığımızı az adam başa düşür, amma hamı bir şeyi başa düşür: bu, legitimliyini itirmiş Zelenskinin hakimiyyətində özünü qoruyub saxlamaq üçün növbəti ağrılı fantaziyalardır", - Zaxarova bildirib.

Qeyd edək ki, noyabrın 19-da Zelenski Ukrayna ilə bağlı “müqavimət planını” Radaya təqdim edib.

Chosen
46
ucnoqta.az

1Sources