2024-cü ilin hazırlıq planına É™sasÉ™n, AzÉ™rbaycan vÉ™ TürkiyÉ™nin HÉ™rbi DÉ™niz QüvvÉ™lÉ™rinin (HDQ) sualtı hücum vÉ™ sualtı müdafiÉ™ bölmÉ™lÉ™ri ilÉ™ qardaÅŸ ölkÉ™dÉ™ “SAT-SAS-2024” birgÉ™ tÉ™limi keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Birgə təlim noyabrın 29-dək davam edəcək.